...

Pekində sənayeləşmənin fəsadları

Dünya xəbərləri Materials 2 Fevral 2015 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Məftun Salmanov/

Pekinin havası daha 15 il çirkli qalacaq. Trend-in bazar günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, paytaxtın ətrafındakı Tiencin şəhəri və Hibey əyaləti isə 2030-cu ilədək çirkli hava ilə mübarizə aparacaq.

Çindəki şəhərlərin təqribən 90 faizi ötən il hava keyfiyyəti standartlarına cavab verməyib. Bununla belə, 2014-cü ildə hava keyfiyyəti yaxşı olan şəhərlərin sayı 3-dən 8-dək artıb.

Havası ən çirkli 10 şəhərdən yeddisi Hibey əyalətində yerləşir. Pekinin yaxınlığındakı bu şəhərlərdə ağır sənaye təsisatları var.

Ölkədəki sənayeləşmənin fəsadı kimi böyük şəhərlərin bir çoxu dünyanın ən çirkli şəhərlərinin siyahısına başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti