...

Ərdoğan Moskvada Qələbənin 70 illiyində iştirak edəcəkmi?

Dünya xəbərləri Materials 3 Fevral 2015 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin mayında Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə keçiriləcək təntənəli bayram tədbirində iştirak edə bilər. Hazırda bununla bağlı Türkiyədə müzakirələr gedir.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib.

Səfir qeyd edib: "Bəli, hər iki tərəfdən qarşılıqlı dəvət var, buna böyük əhəmiyyət verilir. 70 illik münasibətilə səfərlə bağlı hələ son təqvim təsdiqlənməyib".

Artıq dünyanın 22 dövlətinin rəhbərləri Qələbənin 70 illiyi şərəfinə təntənəli tədbirə gələcəklərini təsdiqləyiblər. Вunlar, əsasən, MDB və Asiya ölkələri, eləcə də İsraildir. Avropa dövlətlərinin liderləri hələ dəvətə cavab verməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti