...

"PKK döyüşçüləri Türkiyə ərazisini tərk etməlidirlər"

Dünya xəbərləri Materials 14 Fevral 2015 12:41 (UTC +04:00)
PKK döyüşçülərinin hamısı Türkiyə ərazisini tərk etməlidirlər.
"PKK döyüşçüləri Türkiyə ərazisini tərk etməlidirlər"

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

PKK döyüşçülərinin hamısı Türkiyə ərazisini tərk etməlidirlər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə kürd probleminin demokratik yolla həllini öz prioritetlərindən biri etdi: "Lakin elə ölkənin daxilində və onun hüdudlarından kənarda bu problemin həllini istəməyən qüvvələr var".

Baş nazir qeyd edib ki, Ankara kürd probleminin demokratrik yolla həllinə əngəl törədə biləcək təxribatlara imkan verməyəcək.

Qeyd edək ki, kürd probleminin demokratik yolla həllinə PKK döyüşçülərinin Türkiyə ərazisindən çıxması prosesi də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti