...

11 nigeriyalı öldü

Dünya xəbərləri Materials 17 Fevral 2015 20:48 (UTC +04:00)
Nigeriyanın Biu şəhəri yaxınlığındakı hərbi buraxılış məntəqəsində baş vermiş bir neçə partlayış nəticəsində ən azı 11 nəfər ölüb.
11 nigeriyalı öldü

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Nigeriyanın Biu şəhəri yaxınlığındakı hərbi buraxılış məntəqəsində baş vermiş bir neçə partlayış nəticəsində ən azı 11 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, partlayışları üçtəkərli motosikletdə hərəkət edən 3 terrorçu-intiharçı törədib.

Məlumata görə, ölənlər arasında sərhəddə ticarətlə məşğul olan uşaqlar da var.

Qeyd edək ki, ölkədə "Boko Haram" terror qruplaşması fəaliyyət göstərir. Qruplaşma Qərb təhsil sisteminə qarşı çıxır və şəriət qaydalarının tətbiqinə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti