...

Türkiyə parlamentindəki davada müxalif deputat xəsarət alıb

Dünya xəbərləri Materials 18 Fevral 2015 10:44 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası və kürdyönümlü Xalqların Demokratik Partiyasından olan deputatlar arasında dava düşüb.
Türkiyə parlamentindəki davada müxalif deputat xəsarət alıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası və kürdyönümlü Xalqların Demokratik Partiyasından olan deputatlar arasında dava düşüb. Bu barədə çərşənbə günü Trend "Milliyet" qəzetinə istinadən xəbər verir.

Dava parlamentdə ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş islahatlar paketinin müzakirəsi zamanı baş verib.

Əlbəyaxa davada Xalqların Demokratik Partiyasının deputatı Ərtoğrul Kürkçü xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti