Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə 1915-ci il hadisələrinin ermənilər tərəfindən qondarma "soyqırım" kimi təqdim olunmasına qarşı mübarizə aparacaq. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, bu il Türkiyə erməni təbliğatı ilə mübarizəyə xüsusi diqqət yetirəcək, həmçinin ASALA erməni terror təşkilatının silahlılarının türk diplomatları öldürməsi ilə bağlı hadisələrə köklənəcək.
Qeyd edək ki, ASALA-nın fəaliyyəti nəticəsində 42 türk diplomat öldürülüb.