Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir Tural Turan/
Sinqapurun birinci baş naziri Li Kuan Yu bazar ertəsi 91 yaşında vəfar etdi. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.
Li Kuan Yu hökumətə 1959-cu ildə başçılıq etmiş və 1990-cı ilə kimi Sinqapuru "üçüncü dünya" ölkəsindən dünyanın maliyyə mərkəzlərindən birinə çevirə bilib.
Dəfələrlə Li Kuan Yu təkrar edirdi ki, effektiv dövlət qurmağın uğuru rüşvətxorluğun, bürokratiyanın aradan qaldırılmasıdır. Onun məşhur deyimi var idi: "üç dostunuzu həbs etməkdən başlayın, sən nəyə görə olduğunu bilirsən, dostunda da bilir".
Bu deyim korrupsiya ilə mübarizədə ən əsas prinsiplərdən biri olub.