Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
"Elektrik kəsintisinin səbəbləri arasında terror ehtimalı da ola bilər".
Bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib. Bu barədə Trend Türkiyənin TRT Haber telekanlına istinadən məlumat verir.
Davudoğlu qeyd edib ki, hazırda elektrik enerjisinin kəsilməsinin səbəbləri araşdırılır.
Bu gün Türkiyədə elektrik enerjisinin kəsilməsi Ankara, İstanbul və İzmir kimi böyük şəhərlərdə ciddi fəsadlara səbəb olub.
Məlumata əsasən elektrik enerjisinin kəsilməsi ilə adı çəkilən şəhərlərdə metro stansiyalarının işinə fasilə verilib. Bildirilir ki, böyük şəhərlərdə tramvay xətləri, yollarda işıqforlar işləmir.
Məlumata əsasən, metroda qalan vətəndaşların təxliyə edilməsi üçün əlavə generatorlar işlədilir.