...

Ukraynada dövlət bayrağı dirəyini partlatmaqda şübhəli bilinən qadın tutuldu

Dünya xəbərləri Materials 7 Aprel 2015 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Ukraynada ötən gecə dövlət bayrağı dirəyini partlatmaqda şübhəli bilinən qadın saxlanılıb. O, Rusiya vətəndaşıdır.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rəhbərinin müşaviri Markiyan Lubkivski öz "Facebook" səhifəsində yazıb.

M.Lubkivski bildirib ki, Xarkovda bayraq dirəyinin altında partlayıcı qurğu qoyan həmin qadın qondarma "Donetsk xalq respublikası"nın "dövlət təhlükəsizliyi nazirliyi"nin "Tereza" kod adlı əməkdaşıdır və yerli "antimaydan" hərəkatının aktivistidir.

UTX rəhbərinin müşaviri qeyd edib ki, Donetskdəki döyüşlərdə iştirak edən "Tereza" sonradan Xarkova qayıdıb və burada kəşfiyyatçı-diversant kimi fəaliyyət göstərib.

Axtarış zamanı qadının üstündən əldəqayırma partlayıcı qurğu, hərbi sursat və antiukrayna simvolikası aşkarlanıb.

Qeyd edək ki, aprelin 7-nə keçən gecə, saat 03:40-da Xarkovun Pravda prospektində baş verən partlayış nəticəsində Ukrayna bayrağının dalğalandığı dirək qismən zədələnib, partlayış dalğası yaxınlıqdakı evlərin şüşələrini sındırıb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti