ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel Obama 2014-cü il ərzində 477 min 383 dollar qazanıblar. Bu barədə Trend Lenta agentliyinə istinadən xəbər verir.
Alınmış gəlirdən 19,6 faiz, yəni 93 min 362 dollar, federal vergi ödənmişdi. İllinoys ştatının xəzinəsinə ödənmiş vergi 22 min 640 dollar təşkil etdi.
Prezident və birinci xanım gəlirlərin 14,8 faizını, yəni 70 min 712 dolları 33 xeyriyyə təşkilatlına veriblər.