Azərbaycan, Bakı, 16 aprel /Trend/
Rusiya iqtisadiyyatının dirçəlməsi üçün ən azı iki il tələb oluna bilər. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, bu, hətta tez baş verə bilər: "Rublun möhkəmlənməsi, bazarın artması, eləcə də digər məqamlara baxanda düşünürəm ki, bu, bəlkə də tez ola bilər. Təxminən 2 il".
Dövlət başçısı qeyd edib ki, Rusiya sanksiyalardan öz inkişafı üçün istifadə etməlidir: "Bu sanksiyalara nə qədər dözməli olacağımıza gəldikdə isə mən tamam başqa cür deyərdim: biz nəinki dözməliyik, bu vəziyyətdən istifadə etməli, yeni bazarlara çıxmalıyıq".
V.Putin Rusiyanı İranla müqayisə etməyi yalnış adlandırıb: "Rusiya hər halda İran deyil, bizim iqtisadiyyatımız daha böyükdür və daha çox diversifikasiya olunub".