Azərbaycan, Bakı, 16 aprel /Trend/
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və parlamentdə təmsil olunan partiyalar Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat qəbul ediblər.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) birgə bəyanata qoşulublar.
Bəyanatda deyilir: "Biz Avropa Parlamentinin sülh, dözümlülük, eləcə də ümumi gələcəyin yaradılması ideyalarına uyğun gəlməyən qərəzli yanaşmasını qəti şəkildə qınayırıq".