Azərbaycan, Bakı, 24 aprel /Trend/
Rusiyalı jurnalistlər və bir sıra nümayəndələrin olduğu təyyarə Moskva-İrəvan reysi ilə uçarkən ildırım zərbəsinə tuş gəlib.
Trend-in məlumatına görə, bunu "Komsomolskaya pravda"nın xüsusi müxbiri Dmitri Smirnov "Twitter" hesabında yazıb.
"İrəvana enərkən çovğuna düşdük. Jurnalistlərin və nümayəndə heyətinin bir qismi olan təyyarəni ildırım vurdu. Hamı salamatdır", - deyə təyyarənin şəklini paylaşan D.Smirnov qeyd edib.