...

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin meyiti tapılıb

Dünya xəbərləri Materials 15 İyun 2015 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin meyitinin tapıldığı bildirilib. Meyit Ermənistanın Gümrü şəhərində "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib.

Trend "1in.am" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan "QALA" agentliyinə müsahibəsində verib.

O bildirib ki, hərbi qulluqçunun bədənində zorakılıq izləri aşkarlanıb. Vəfat edən şəxs Rusiyanın 102 saylı hərbi bazasında xidmət edən İvan Novikov adlı əsgər olub. R.Aslanyan qeyd edib ki, İ.Novikov hərbi qulluğa 2 ay əvvəl çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti