Azərbaycan, Bakı, 28 iyun /Trend/
Ermənistan polisi Yerevanın Baqramyan prospektindəki nümayişçilərdən dərhal ərazini boşaltmağı və Azadlıq meydanına keçməyi tələb edib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Ermənistan polisi etirazçıları güc tətbiq etməklə hədələyib.
Ermənistan polisinin rəisi Vladimir Qasparyan nümayişçilərə prospekti boşaltmaq üçün 30 dəqiqə verib. Polis nümayişçilərin artıq mikrofonlarını və dinamiklərini alıb.
Prospektə polis qüvvələri və xüsusi texnika cəlb edilib.