Azərbaycan, Bakı, 2 iyul /Trend/
Hindistanın Maxaraştra ştatında 4 mindən artıq həkim müddətsiz tətilə başlayıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlar iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Mumbai şəhərinin 2 mindən çox həkimi də tətildə iştirak edir. Həkimlər məvacib və təqaüdlərin artırılmasını, qadın həkimlər üçün əlavə məzuniyyət günlərinin verilməsini, ali məktəbi bitirdikdən sonra kəndlərdə məcburi işləməyin ləğvini (1 ay ərzində orada məzun üşün vakansiya tapılmazsa) və s. məsələləri tələb edirlər.