Azərbaycan, Bakı, 8 iyul /Trend/
"Altılıq" və İran arasında Tehranın nüvə proqramına dair danışıqlar daha bir həftə uzana bilər.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran nümayəndə heyətinin tərkibindəki yüksək vəzifəli mənbə bildirib.
"Mən belə bir var variantın olacağını düşünürəm. Sazişin imzalanması, çox güman ki, bazar ertəsi baş tutacaq, lakin, proses bu tarixdən iki gün sonrayadək də uzana bilər", mənbə bildirib.
Qeyd edək ki, Aİ diplomatiyasının rəhbəri Federika Moqerini də bundan əvvəl qalan məsələləri həll etmək üçün tərəflərə "bir neçə saat və ya gün" lazım olduğunu qeyd edib.