Azərbaycan, Bakı, 14 iyul /Trend/
"Bu gün İran xalqı üçün tarixi və taleyüklü gündür".
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə proqramı ilə bağlı sazişin imzalanmasını şərh edərkən deyib.
M.C.Zərif Vyanada görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib: "Biz bu gün tarix yazırıq, bir-birimizlə etimad üzərində münasibət qururuq, gələcək nəsilləri təhlükəsizliklə təmin edirik. Bu gün İran xalqı üçün tarixi və taleyüklü gündür".