...

Türkiyə Suriya ilə sərhəddə sədd tikir

Dünya xəbərləri Materials 13 Avqust 2015 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Suriya ilə sərhəd vilayəti olan Hatayda xəndəklər qazır və sədd çəkir.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, səddin hündürlüyü 3, eni 2 metr olacaq.

Artıq sərhəddə səddin 2,5 kilometrlik hissəsi inşa edilib. Səddin ümumi uzunluğu 8,25 kilometr olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti