...

Tehranda Böyük Britaniyanın səfirliyi açıldı

Dünya xəbərləri Materials 23 Avqust 2015 14:09 (UTC +04:00)
Bu gün Tehranda Böyük Britaniyanın səfirliyi açılıb
Tehranda Böyük Britaniyanın səfirliyi açıldı

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Bu gün Tehranda Böyük Britaniyanın səfirliyi açılıb. Bu barədə Trend Fars agentliyinə istinadən xəbər verir.

Mərasimdə Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond iştirak edib.

Filip Hemmond 2003-cü ildən İrana səfər edən Böyük Britaniyanın ilk xarici işlər naziri olub.

Məlumatda qeyd edilir ki, səfər çərçivəsində Hemmond İranın prezidenti Həsən Ruhani, parlament spikeri Əli Laricani və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti