...

Məhkəmə Mahaçqalanın sabiq merinə ömürlük həbs cəzası verdi

Dünya xəbərləri Materials 27 Avqust 2015 16:13 (UTC +04:00)
Şimali Qafqaz dairəsi hərbi məhkəməsi Mahaçqalanın sabiq meri Səid Əmirovun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Məhkəmə Mahaçqalanın sabiq merinə ömürlük həbs cəzası verdi

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Şimali Qafqaz dairəsi hərbi məhkəməsi Mahaçqalanın sabiq meri Səid Əmirovun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar verib. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Xatırladaq ki, S.Əmirov bacısı oğlu və daha 6 nəfərlə birgə Rusiya Federasiyasının İstintaq Komitəsinin şöbə müdirinin ölümündə və digər cinayətlərdə təqsirli bilinir.

Müttəhimlər kürsüsündə S.Əmirov, bacısı oğlu Yusup Caparov, Murad Əliyev, Əhmədovlar qardaşı, Məhəmməd Kadıyev və Zübair Mutayev olub.

Onlar həmçinin İstintaq Komitəsinin Mahaçqalanın Sovet rayonu üzrə şöbə rəisinin vəzifələrini icra edən Arsen Hacıbəyovun qətlində və Xəzər sahilində yerləşən "Moskva" ticarət və əyləncə kompleksində terror aktının həyata keçirilməsində təqsirli bilinirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti