Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin şərqində Elazığ vilayətində ağır yol qəzası baş verib. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb. Trend-in məlumatılna görə, bu barədə Haber7 telekanalı xəbər verir.
Sərnişin daşıyan mikroavtobusun əyləcinin işləməməsi səbəbindən avtobus yoldan çıxaraq uçuruma yuvarlanıb.
Hadisə yerinə gələn təcili yardım maşınları yaralıları çıxararaq xəstəxanalara çatdırıblar. Yaralıların hamısı Türkiyə vətəndaşlarıdır.