Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin İğdır vilayəti ərazisində polislərin olduğu avtobus partladılıb. Hadisənin baş verməsi nəticəsində hüquq-mühafizə orqanlarının 12 əməkdaşı həlak olub.
Trend-in məlumatına görə, bu barədə TRT Haber telenakalı xəbər verib.
Telekanalın məlumatına görə, partlayış polisləri daşıyan avtobusda baş verib. Hazırda hadisədə yaralananların sayı dəqiqləşdirilir.
Partlayışın baş verməsindən sonra Türkiyənin güc strukturları İğdır vilayətində genişmiqyaslı əməliyyatlara başlayıb.