...

Ekspert: Türkiyə siyasi böhrandan çıxacaq

Dünya xəbərləri Materials 10 Sentyabr 2015 12:11 (UTC +04:00)
Türkiyə parlament seçkilərindən sonra yaranmış siyasi böhrandan çıxa bilər.
Ekspert: Türkiyə siyasi böhrandan çıxacaq

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə parlament seçkilərindən sonra yaranmış siyasi böhrandan çıxa bilər. Bunu Trend-ə Türkiyənin daxili siyasəti üzrə eksperti, "Yeni Şafak" qəzetinin tanınmış təhlilçisi Cəmilə Bayraktar deyib.

Onun sözlərinə əsasən, ölkədə baş verənlər siyasi və iqtisadi səbəblərə əsaslanır: "Bunlardan biri Ankaranın enerji qovşağına çevrilməsi üçün son illər aktiv enerji siyasəti yürütməsidir. Digər problem isə İraqın şimalında neft ehtiyatlarının olması ilə bağlıdır".

Ekspert bildirib ki, kürd problemi həll edildikdən sonra İraq nefti Türkiyə ərazisi ilə dünya bazarlarına çıxmalı idi: "Bundan sonra Qərb tamamilə Ankaradan asılı vəziyyətə düşə bilərdi".

C.Bayraktar əlavə edib ki, hazırda Türkiyənin əsas problemi müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və Fəthullah Gülən hərəkatıdır: "Məhz CHP-nin müxtəlif sol qeyri-leqal strukturlarla sıx əlaqələri var, onları bəzi yerli KİV-lər də dəstəkləyir".

O, bir sıra sol terrorçu təşkilatların, o cümlədən PKK-nın fəallığında İranın rolunu da istisna etməyib. Belə ki, Türkiyə ötən gün İranla sərhədləri müvəqqəti bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti