...

XİN: Rusiya hərbi təyyarələri Türkiyənin hava məkanını pozub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 5 Oktyabr 2015 15:58 (UTC +04:00)
Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyənin hava məkanını pozub.
XİN: Rusiya hərbi təyyarələri Türkiyənin hava məkanını pozub (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:01-də yayılıb)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyənin hava məkanını pozub. Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını oktyabrın 3-də pozduğu bildirilir.

Hava məkanı pozulduqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri xəbərdarlıq etmək məqsədilə havaya qaldırılıb.

Bundan sonra Rusiya təyyarələri Türkiyənin hava məkanını tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti