...

Əhməd Davudoğlu: Türkiyənin hava məkanının pozulması məsələsinə NATO baxa bilər (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 5 Oktyabr 2015 16:12 (UTC +04:00)
Türkiyənin hava məkanı təkrarən pozularsa, bu məsələyə NATO tərəfindən baxıla bilər.
Əhməd Davudoğlu: Türkiyənin hava məkanının pozulması məsələsinə NATO baxa bilər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Türkiyənin hava məkanı təkrar pozularsa, bu məsələyə NATO tərəfindən baxıla bilər. Trend-in "Habertürk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Rusiya hərbi təyyarə ilə bağlı insidentin səhv olduğunu bəyan edib.

Ə.Davudoğlu qeyd edib ki, Rusiyanın Suriyada fəaliyyəti böyük səhvdir: "Bəşşar Əsədin zəiflədiyi və onun gedişi vaxt məsələsi olduğu halda Rusiya Suriyada mötədil müxalifəti bombalayır".

Baş nazir ümid etdiyini bildirib ki, Rusiya səhv mövqeyindən imtina edəcək.

Qeyd edək ki, Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri oktyabrın 3-də Türkiyənin hava məkanını pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti