...

Cənubi Qafqaz Ermənistana görə Çernobıla bənzər fəlakətlə üzləşə bilər

Dünya xəbərləri Materials 9 Oktyabr 2015 16:51 (UTC +04:00)

Elmira Tariverdiyeva - Trend:

Bu həftə Cənubi Qafqaz, Avropa İttifaqı (Aİ) və Türkiyənin ekoloq və ekspertlərini uzun illərdir narahat edən məlumat yayıldı. Ermənistanın energetika və təbii ehtiyatlar naziri Ervand Zaxaryan bəyan edib ki, ölkədə yaxın illərdə yeni AES-in tikintisi üzrə ciddi iş aparılmayacaq.

Ermənistan hökuməti köhnəlmiş, təhlükəli və seysmik zonada yerləşən "Metsamor" AES-in 10 illik istismar müddətini başa çatdırmasından sonra onun istismarını daha bir neçə il davam etdirmək qərarına gəlib.

Ekspertlərin fikrincə isə, AES yalnız 2016-cı ilədək fəaliyyət göstərə bilər. Aİ onun işinin dayandırılmasını təkid edir və onun konservasiyası üçün 200 milyon dollar ayırmağa hazırdır.

Ermənistan başa düşür ki, bahalı yeni AES xərclərini hələ uzun illər ödəyə bilməz. Müxtəlif hesablamalara görə, yeni blok 5-7 milyard dollara başa gələ bilər ki, bu da kasıb Ermənistan üçün əlçatmaz pullardır. Yerevan hətta Rusiyanın "Rosatom" şirkətinin nəzarətində olan AES-in yenidən qurulması üçün Rusiyanın özündən 300 milyon dollar kredit götürüb. Hakimiyyəti korrupsiyaya bulaşmış ölkədə layihəyə pul qoymaq istəyən sərmayədar tapmaq isə uzun müddət mümkün olmayacaq. Bundan başqa, Ermənistanın elektrik enerjisinin satış bazarı yoxdur.

Hakimiyyətin tikintisinə bir qəpik də xərcləmədiyi "Metsamor" AES-i daha bir neçə il istifadə etmək istəyi başa düşüləndir. Belə ki, hakimiyyət AES-in hasil edəcəyi enerjini uzun müddət əhaliyə dəyərindən aşağı qiymətə sata bilər.

Bu köhnə AES-in dünya üçün törətdiyi təhlükəni unutmaq olmaz. 2011-ci ildə Yaponiyanın "Fukuşima" AES-ində baş vermiş zəlzələ böyük təbii fəlakətə səbəb oldu. Ermənistanda buna bənzər zəlzələnin baş verəcəyini düşünmək belə qorxuldur.

Ermənistanın maliyyə problemləri və qonşuları ilə münaqişələri səbəbindən rejim təkcə erməniləri təhlükə ilə üz-üzə qoymayıb. İndi isə İran, Türkiyə, Gürcüstan Rusiya və Azərbaycan daxil olmaqla, regionun bütün ölkələri yeni Çernobıl fəlakətilə üzləşə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti