Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Ankarada törədilən terror aktı Türkiyənin demokratik dəyərlərinə qarşı yönəlib. Trend TRT Haber telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, hakimiyyət terroristlərin həbs olunması üçün bütün tədbirləri görür.
M.Çavuşoğlu onu da qeyd edib ki, bu, terror aktı və təxribatdır.
Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.
Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.
Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.