...

Ermənistan yenidən Avropa siyasi kartını oynayır

Dünya xəbərləri Materials 14 Oktyabr 2015 20:15 (UTC +04:00)

Elmira Tariverdiyeva - Trend:

Ermənistanın 2013-cü ildə Avropa inteqrasiyası prosesini nümayişkaranə dayandırdıqdan və tələsərək Rusiyanın inteqrasiya prosesi sayılan Avrasiya İqtisadi İttifaqına qoşulmasından bir neçə il sonra Avropa İttifaqı ilə danışıqları bərpa etmək qərarı heç kəsi təəccübləndirmədi.

Ötən gün Aİ Şurası Avropa Komissiyasına və xarici işlər üzrə ali nümayəndə Federika Moqeriniyə Ermənistanla yeni çərçivə sazişi barədə danışıqlara başlamaq üçün zəruri səlahiyyətlər verib. Danışıqların bu ilin sonunadək başlaması planlaşdırılır.

Yeni sənəd hüquqi öhdəlikli və hərtərəfli olmalı, eləcə də Aİ və Ermənistan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında mövcud sazişi əvəz etməyə planlaşdırılıb.

Baş verənlərin hamısı tamamilə Ermənistana xarakterikdir - hər tərəfdən siyasi bonuslar qopartmaq, "heç kəsin xətrinə dəyməmək", hamını aldadaraq öz maraqları üçün istifadə etmək.

Əslində isə Ermənistan Kremlə sadiqsizliyini göstərərək Aİ ilə dayandırdığı əlaqələri bərpa etmək qərarına gəldi - gömrük hissəsi olmadan assosiativ sazişin davamı olan saziş bağlamaq.

Siyasi əlaqələr və Avropa üçün Ermənistanın aparmalı olduğu zəruri islahatlar baxımından Yerevan heç nədən imtina etməyib, Aİ isə Qafqazda Rusiyadan daha bir təsir məntəqəsini geri qaytardı.

Əlbəttə ki, iqtisadi məsələlərə gəlincə, Yerevan buradan özü üçün heç nə qoparda bilmədi. Əsas məqsədi Avropa və Rusiya arasında siyasi manevrlər etmək olan Yerevan üçün iqtisadi istiqamətlər, xalqın kasıblaşması və rubldan xeyli asılı olması məsələləri heç maraqlı da deyil. Çünki qərarlar qəbul edən Ermənistan rəhbərliyinin özünün maliyyə ilə bağlı problemləri yoxdur.

Ərazisində Rusiya və Aİ arasında rəqabət üçün meydan yaradan Yerevan özünü Dağlıq Qarabağ münaqişəsinin hərbi həllindən qorumağa çalışır. Son vaxtlar Bakı ilə əlaqələri getdikcə möhkəmləndirən Rusiya münaqişəyə müdaxilə etməmək qərarına gəlsə, Kremli Avropa tərəfinə keçməklə qorxutmaq olar. Bu məqsədlə Avropa inteqrasiyası üçün sənədli əsaslar faydalı olacaq.

Təbii ki, Brüssel və Moskva başa düşür ki, Ermənistan hökuməti özünün maraq və mənfəəti naminə hərəkət edir. Yəni, mövcud rejim Ermənistan və erməni xalqının mənfəəti üçün deyil, korrupsiya oliqarx hökumətinin faydaları üçün hərəkət edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti