...

Ankarada törədilən teraktla bağlı kamikadzenin şəxsiyyəti müəyyənləşdirilib

Dünya xəbərləri Materials 14 Oktyabr 2015 12:37 (UTC +04:00)
Oktyabrın 10-da Ankarada terror aktını törədən kamikadzedən birinin şəxsiyyəti və vətəndaşlığı məlum olub. Trend-in xəbərinə görə, bu barədə "Yeni şafak" qəzeti Milli Kəşfiyyat Təşkilatına (MIT) istinadən məlumat verir.
Ankarada törədilən teraktla bağlı kamikadzenin şəxsiyyəti müəyyənləşdirilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Oktyabrın 10-da Ankarada terror aktını törədən kamikadzelərdən birinin şəxsiyyəti və vətəndaşlığı məlum olub. Trend-in xəbərinə görə, bu barədə "Yeni şafak" qəzeti Milli Kəşfiyyat Təşkilatına (MİT) istinadən məlumat verir.

Kamikadze Türkiyə vətəndaşı olub və hazırda onun İŞİD-lə əlaqəsinin olub-olmaması araşdırılır.

Kamikadzenin adı bəzi səbəblərə görə, açıqlanmır.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada törədilmiş terror aktı zamanı 97 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti