Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Pakistanın Pəncab vilayətinin şimal-şərqində yerləşən Pakpattan dairəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 39 nəfər yaralanıb.
Trend-in məlumatına görə, avtobusdakı 54 sərnişinin hamısı zəvvar olub.
İlkin məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşıb və idarəetməni itirib. Nəticədə avtobus aşıb. Ölənlər arasında qadın və uşaqlar var.