...

Türkiyədə G20 liderlərinin sammitinin keçiriləcəyi vilayətdə 20-dən çox İŞİD üzvü saxlanılıb

Dünya xəbərləri Materials 6 Noyabr 2015 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

G20 üzv ölkələrinin liderlərinin sammitinin keçiriləcəyi Türkiyənin Antalya vilayətində xüsusi əməliyyat çərçivəsində "İslam dövləti" (İD) terror təşkilatının 20-dən artıq üzvü saxlanılıb. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.

Saxlanılanların şəxsiyyəti barədə məlumat verilmir. Vilayətdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Sammit noyabrın 15-16-na planlaşdırılıb.

Bu gün İstanbul Beynəlxalq Hava Limanında İD-lə bağlı əlaqələri olmaqda şübhəli bilinən 41 mərakeşli saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra 20 nəfər Kasablankaya deportasiya edilib. Qalan saxlanılanların dindirilməsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti