Azərbaycan, Bakı, 8 noyabr /Trend /
Noyabrın 8-də gecə saat 4.00-da qış vaxtına keçidlə əlaqədar olaraq Türkiyədə əqrəblər bir saat geri çəkilib.
Trend-in məlumatına görə, bununla Türkiyədə saat əqrəbləri yenə də Azərbaycan vaxtından iki saat geridə dövr edəcək.
Qeyd edək ki, noyabrın 1-də Türkiyədə parlament seçkilərinin keçirilməsi səbəbindən qış rejiminə keçid ənənəvi vaxtından noyabrın 8-nə dəyişilib.