İran, Tehran. Təmkin Cəfərov - Trend:
OPEK-ə üzv olan ölkələrin əksəriyyəti neftin qiymətinin 70 dollar olmasını ədalətli hesab edirlər. Bunu İranın neft naziri Bijən Namdar Zəngənə bu gün Tehranda keçirilən Qaz İxrac edən Ölkələrin Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.
Zəngənə Rusiya və bəzi Ərəb ölkələri arasında ixtilafların olmasının neftin qiymətinə təsiri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib və deyib ki, Rusiya OPEK-ə üzv ölkə deyil, OPEK ölkələri bu məsələlərlə bağlı özləri qərar qəbul edirlər. "İlk öncə lazımdır ki, OPEK-də olan ölkələr arasında birləşmə yaransın, daha sonra OPEK-dən kənarda. Hazırda OPEK ölkələri arasında birlik yoxdur", - deyə nazir bildirib.