...

​Türkiyə Baş Qərargahı vurulan "Su-24"-lə əlaqədar Rusiyanın hərbi attaşesini məlumatlandırıb

Dünya xəbərləri Materials 26 Noyabr 2015 04:57 (UTC +04:00)
Rusiyanın Ankaradakı hərbi attaşe aparatının nümayəndələri vurulan "Su-24" təyyarəsi ətrafında yaranan vəziyyəti müzakirə etmək üçün Türkiyə Baş Qərargahına dəvət olunublar.
​Türkiyə Baş Qərargahı vurulan "Su-24"-lə əlaqədar Rusiyanın hərbi attaşesini məlumatlandırıb

Bakı. Trend:

Rusiyanın Ankaradakı hərbi attaşe aparatının nümayəndələri vurulan "Su-24" təyyarəsi ətrafında yaranan vəziyyəti müzakirə etmək üçün Türkiyə Baş Qərargahına dəvət olunublar. Bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb.

Məlumatda deyilir ki, hərbi attaşelər baş verən hadisənin təfərrüatları barədə məlumatlandırılıblar və daha sonra fikir mübadiləsi aparılıb.

Baş Qərargah qeyd edir ki, görüşdə bir çox məsələlər müzakirə olunub. Xüsusi ilə də, xəbərdarlıq zamanı təyyarənin hansı ölkəyə aid olduğunun məlum olmaması və çoxsaylı xəbərdarlıqlardan sonra reaksiya qaydaları çərçivəsində ona qarşı müdaxilə tətbiq olunduğu müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti