...

Hindistanın Baş naziri 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib

Dünya xəbərləri Materials 26 Dekabr 2015 00:08 (UTC +04:00)
Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib
Hindistanın Baş naziri 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib

Bakı. Trend:

Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib. O, Laxor şəhərində Hindistanın Baş naziri Nəvaz Şərif ilə görüşüb, onu ad günü münasibətilə təbrik edib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Görüşdə Kəşmir məsələsi ilə bağlı uzun illərdir ki, münasibətləri korlanan iki ölkə arasında dialoqun davam etdirilməsi və inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Danışıqların təfərrüatları haqqında ətraflı məlumat verilmir.

Səfər çərçivəsində N.Modi N.Şərifin Laxordakı evinə gedərək onun qız nəvəsinin toyunda iştirak edib, gənclərə xeyir-dua verib.

Bu, 2004-cü ildən bəri Hindistan Baş nazirinin Pakistana ilk səfəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti