Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bütün hərbi hissələrdə Yeni ilin qeyd edilməsini ləğv edib. Bu barədə Trend DHA agentliyinə istinadən məlumat verir.
Buna səbəb Türkiyə ordusunun PKK ilə toqquşmalar zamanı itkilər verməsi ilə bağlıdır.
Türkiyə mətbuatının məlumatına görə, son ayda Türkiyədə PKK ilə toqquşmalar nəticəsində 60-dan artıq hərbçi həlak olub..