Bakı. Trend:
Səudiyyə Ərəbistanının rəsmisi İranla münasibətlərin bərpa edilməsi şərtini açıqlayıb.
Trend xarici KİV-lərə istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla Al-Muallimi bəyan edib ki, İranla əlaqələr o zaman bərpa edilə bilər ki, Tehran digər ölkələrin, o cümlədən, bizim daxili işlərimizə qarışmaqdan əl çəksin.