Bakı. Trend:
Misir ordusu Sinay yarımadasının şimalında ötən gün ərzində "İslam Dövləti" terror qruplaşmasının yerli bölməsi olan "Vilayət Sinay" təşkilatının 32 yaraqlısını məhv edib.
Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bölgədə antiterror əməliyyatı dörd gündür davam edir.