Bakı. Trend:
Moskvada naməlum şəxs qadını güllələyib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla 19:00-da baş verib.
Qətldə şübhəli bilinən 1957 il təvəllüdlü Moskva sakini artıq saxlanılıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qətlin motivi qadının ticarət mallarının reklamı üçün istifadə etdiyi səs ucaldan olub.
Qeyd olunur ki, kişi evinin pəncərəsindən səs ucaldan vasitəsi ilə reklam yaymaqla məşğul olan 25 yaşlı qadına ov tüfəngindən atəş açıb.
Saxlanılan şübhəlinin sözlərinə görə, "səs ucaldanın küyü ona istirahət etməyə mane olurdu".