...

Bu il Avropaya Aralıq dənizi vasitəsilə 67 min miqrant gəlib

Dünya xəbərləri Materials 2 Fevral 2016 16:57 (UTC +04:00)
2016-cı ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya 67 mindən çox miqrant və qacqın daxil olub.
Bu il Avropaya Aralıq dənizi vasitəsilə 67 min miqrant gəlib

Bakı. Elçin Hüseynov - Trend:

2016-cı ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya 67 mindən çox miqrant və qacqın daxil olub. Trend TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəsmisi Joel Millman Cenevrədə brifinqdə bəyan edib.

O qeyd edib ki, yanvar ayı ərzində 62 193 miqrant və qaçqın Avropaya Yunanıstandan gəlib: "Yunanıstan hökümətinin məlumatına əsasən, gələnlərin 91 faizi üç ölkəni təmsil edir - Suriya, Əfqanıstan və İraq. Onların arasında valideynləri muşayiət etməyən uşaqlar çoxluq təşkil edir - 19 781".

Yanvar ayı ərzində İtaliyaya əlavə 5 min miqrant və qaçqın daxil olub.

Təkcə yanvarın 29-dan Avropaya qələn miqrant və qaçqınların sayı 12 min artıb. Bununla yanaşı, Avropaya gələrkən yol boyu ölən insanların sayı 368-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti