...

Stefan de Mistura: Suriya üzrə sülh danışıqlarının uğursuzluğu halında xalq üçün umid qalmayacaq

Dünya xəbərləri Materials 3 Fevral 2016 05:14 (UTC +04:00)
Cenevrədə hazırda keçirilən Suriya üzrə sülh danışıqlarının uğursuzluğu halında respublikanın xalqı üçün daha heç bir ümid qalmayacaq.
Stefan de Mistura: Suriya üzrə sülh danışıqlarının uğursuzluğu halında xalq üçün umid qalmayacaq

Bakı. Trend:

Cenevrədə hazırda keçirilən Suriya üzrə sülh danışıqlarının uğursuzluğu halında respublikanın xalqı üçün daha heç bir ümid qalmayacaq. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu isveçrə telekanalı RTS-ə müsahibəsində BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan de Mistura deyib.

Xüsusi nümayəndə bildirib ki, Cenevrədə konfranslarda iki cəhddən sonra bu dəfə də uğursuzluq olsa, Suriya xalqı üçün heç bir umid qalmayacaq: "Biz əlimizdən gələni etməliyik ki, uğursuzluqla üzləşməyək."

O həmçinin qeyd edib ki, atəşkəs olmadan Suriyaya humanitar yardımın çatdırılması mümkün deyil: "Bu gün humanitar yardımın ona ehtiyacı olanlara çatmamasının səbəbi yağış və ya əlverişsiz hava şəraiti deyil."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti