Bakı. Trend:
Türkiyə Ankarada terror aktından sonra yeni təhlükəsizlik konsepsiyasının hazırlanmasına başlayıb. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin baş naziri Əhməd Davudoğlu brifinq zamanı deyib.
"Biz paytaxtın mühafizəsini prioritet edəcəyik. Bu bütün nəqliyyat magistralların mərkəzidir, ona görə də nəinki şəhərin mühafizəsini, həm də ondan keçən bütün trassların təhlükəsizliyini artıracağıq", - deyə nazir bildirib.
Davudoğlu qeyd edib ki, vilayətlərdə təhlükəsizlik tələbatını ödəmək üçün tədqiqatlar aparılır.
Xatırladaq ki, fevralın 17-i axşam saatların Türkiyənin paytaxtı Ankara güclü partlayış baş verib. Hadisə nəticəsində 28 nəfərin öldüyü, 61 nəfər yaralandığı barədə məlumat verilir. Terror aktına görə məsuliyyəti öz üzərinə Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqəli "Kürdüstan Azadlıq Şahinləri" (TAK) qruplaşması götürüb.