Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatında "West Valley" kollecində partlayış təhlükəsi ilə əlaqədar tələbələr və kollec əməkdaşları təxliyə olunub.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə kollecin Tvitter səhifəsində yerləşdirilən məlumatda deyilir.
"Biz bomba barədə xəbərdarlıq aldıq, kollecin bütün ərazisində təxliyə elan edilib", deyə məlumatda deyilir.