...

Abdullah Gül siyasi partiyaları terrorla mübarizəyə çağırıb

Dünya xəbərləri Materials 14 Mart 2016 17:29 (UTC +04:00)
Türkiyənin sabiq Prezidenti Abdullah Gül siyasi partiyaları terrorla mübarizəyə çağırıb.
Abdullah Gül siyasi partiyaları terrorla mübarizəyə çağırıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin sabiq Prezidenti Abdullah Gül siyasi partiyaları terrorla mübarizəyə çağırıb. Trend-in məlumatına görə, bu barədə A.Gül "Tvitter" sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

O, qeyd edib ki, siyasi əqidəsindən asılı olmayaraq, hamı terror və radikalizmə qarşı mübarizədə səylərini biləşdirməlidir.

Xatırladaq ki, bu gün "Sözçü" qəzeti Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadının adını açıqlayıb.

Qəzetin məlumatına görə, terrorçu-intiharçının PKK terror təşkilatının üzvü S.Ç.Dəmir olduğu ehtimal edilir.

Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.

Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti