...

Ankarada terrorçu qadının ailə üzvləri saxlanılıb

Dünya xəbərləri Materials 14 Mart 2016 17:31 (UTC +04:00)
Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadın terrorçu Səhər Çağla Dəmirin ailə üzvləri saxlanılıb.
Ankarada terrorçu qadının ailə üzvləri saxlanılıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə paytaxt Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadın terrorçu Səhər Çağla Dəmirin ailə üzvləri saxlanılıb. Bu barədə Trend "Kanal7" telekanalına istinadən məlumat verir.

Hazırda qadın terrorçunun Ankaradakı terror aktında iştirakı araşdırılır.

Xatırladaq ki, bu gün "Sözçü" qəzeti Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadının adını açıqlayıb.

Qəzetin məlumatına görə, terrorçu-intiharçının PKK terror təşkilatının üzvü S.Ç.Dəmir olduğu ehtimal edilir.

Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.

Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti