...

XİN: Türkiyə terrorçuları tam məhv edənədək mübarizəni davam etdirəcək

Dünya xəbərləri Materials 14 Mart 2016 18:03 (UTC +04:00)
Türkiyə terrorçuları tam məhv edənədək mübarizəni davam etdirəcək.
XİN: Türkiyə terrorçuları tam məhv edənədək mübarizəni davam etdirəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə terrorçuları tam məhv edənədək mübarizəni davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter" sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

M.Çavuşoğlu qeyd edib ki, Ankaradakı terror Türkiyə dövlətçiliyinə qarşı yönəldilib: "Terrorçular güclü və demokratik Türkiyəyə şərtlərini diktə edə bilməyəcəklər".

Xatırladaq ki, bu gün "Sözçü" qəzeti Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadının adını açıqlayıb.

Qəzetin məlumatına görə, terrorçu-intiharçının PKK terror təşkilatının üzvü Səhər Çağla Dəmir olduğu ehtimal edilir.

Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.

Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti