...

Ankaradakı ikinci terrorçu-intiharçının vətəndaşlığı bilindi

Dünya xəbərləri Materials 14 Mart 2016 19:16 (UTC +04:00)
Ankaradakı terror aktını törədən ikinci terrorçu-intiharçının vətəndaşlığı məlum olub.
Ankaradakı ikinci terrorçu-intiharçının vətəndaşlığı bilindi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankaradakı terror aktını törədən ikinci terrorçu-intiharçının vətəndaşlığı məlum olub. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti ölkənin hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

Qəzet yazır ki, ikinci terrorçu Türkiyə vətəndaşı və PKK terror təşkilatının üzvü olub.

Onun adı açıqlanmır.

Xatırladaq ki, bu gün "Sözçü" qəzeti Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadının adını açıqlayıb.

Qəzetin məlumatına görə, terrorçu-intiharçının PKK terror təşkilatının üzvü Səhər Çağla Dəmir olduğu ehtimal edilir.

Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.

Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti