...

Numan Kurtulmuş: Ankarada terrorçulardan biri qadın idi

Dünya xəbərləri Materials 15 Mart 2016 04:58 (UTC +04:00)
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Ankarada terror aktını törədən terrorçulardan birinin qadın olmasında əmin olduğunu deyib.
Numan Kurtulmuş: Ankarada terrorçulardan biri qadın idi

Bakı. Trend:

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Ankarada terror aktını törədən terrorçulardan birinin qadın olmasında əmin olduğunu deyib. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

"İndi bu birmənalıdır ki, terrorçu-kamikadze qadın idi. Mən ümid edirəm ki, günün sonuna qədər onun şəxsiyyəti DNK testləri nəticəsində məlum olacaq.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Güclü partlayış nəticəsində 37 nəfər həyatını itirib, 125 nəfər yaralanıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti