...

ABŞ-da iqtisadiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

Dünya xəbərləri Materials 15 Mart 2016 00:55 (UTC +04:00)
Amerikalı riyaziyatçı, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Lloyd Şepli ABŞ-da 92 yaşında dünyasını dəyişib.
ABŞ-da iqtisadiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

Bakı. Trend:

Amerikalı riyaziyatçı, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Lloyd Şepli ABŞ-da 92 yaşında dünyasını dəyişib.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, Şepli bud sınığından sonra baş verən ağırlaşma nəticəsində vəfat edib. O, martın 12-i Tuson şəhərində (Arizona ştatı) ölüb.

Lloyd Şepli 2 iyun 1923 il tarixində dünyaya gəlib. 2012-ci ildə Kristofer Simslə birlikdə iqtisadiyyat üzrə Nobel mükafatı alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti